Oktyabrın 27-29-da Bakıda keçiriləcək Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti çərçivəsində İslam Əməkdaşlıq Təşkilatına (OIC) üzv ölkələrdən 50-yə yaxın startap təqdim olunacaq.
“Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti çərçivəsində startaplar üçün xüsusi tanıtım proqramı nəzərdə tutulur. OIC-ə üzv ölkələrdən bir çox tanınmış dövlət rəsmilərinin və özəl sektor təmsilçilərinin iştirakı ilə keçiriləcək sammitin başlıca məqsədlərindən biri gənclərə startap layihələrini investorlara təqdim etmək fürsəti verməkdir”, - deyə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatında bildirilir.
Agentlik vurğulayır ki, startap layihələri qida, kənd təsərrüfatı, “yaşıl iqtisadiyyat”, maliyyə texnologiyaları, oyun və onlayn tətbiqlər, ətraf mühit, yenilənən enerji, ağıllı texnologiyalar, hava nəqliyyatı, logistika və sair sahələri əhatə edəcək.*
E.Şəfiyev