Azərbaycanın Minskdəki səfiri Ülvi Baxşəliyev bu gün etimadnaməsini Belarus Prezidenti Aleksandr Lukaşenkoya təqdim edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Belarus Prezidentinin saytına istinadən məlumat verir.
“Azərbaycan bizim strateji tərəfdaşımız, Belarusu ardıcıl və təmənnasız dəstəkləyən qardaş ölkədir”, - deyə Lukaşenko Azərbaycan səfiri ilə görüşdə bildirib.
Lukaşenko göstərilən etimad və etibara görə ölkəsi və şəxsən öz adından bütün Azərbaycan xalqına və Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.*
E.Şəfiyev