Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Soçidə Suriya, Əfqanıstan, Liviya və Qarabağı müzakirə ediblər. Bunu RF prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Əlbəttə ki, Dağlıq Qarabağ nizamlanmasından danışıldı. Rusiya tərəfindən vurğulandı ki, tərəflər sərhədlərin delimitasiyası və nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı kompromisli həll axtarmalıdır”, - deyə o, jurnalistlərə bildirib.*