Quru Qoşunları Komandanlığının Komanda İdarəetmə Mərkəzi fəaliyyətə başlayıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
“Mərkəz Quru Qoşunları Komandanlığının bilavasitə tabeliyində olan qüvvə və vasitələrinin dayanıqlı idarə edilməsi, digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təmin olunması, qoşunlardan və qərargahlardan daxil olan məlumatların təhlil olunaraq yuxarı komandanlığa təqdim edilməsi məqsədilə yaradılıb”, - deyə məlumatda bildirilir.
Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsi ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərən Mərkəzdə Quru Qoşunları Komandanlığının tabeliyindəki hərbi hissələrdə, eləcə də sərhədboyu ərazilərdə gün ərzində baş verən hadisələr barədə brifinq təqdim edilib, komandirlərin məruzələri dinlənilib.
“Hər bir istiqamət üzrə əməliyyat şəraiti optik-elektron müşahidə vasitələri ilə daim nəzarətdə saxlanılır, qoşun növlərinin qüvvə və vasitələri ilə qarşılıqlı fəaliyyət fasiləsiz həyata keçirilir”, - deyə məlumatda qeyd olunur.*
E.Şəfiyev