Prezident İlham Əliyev Kürdəmir rayonunun Ağsu–Kürdəmir–Bəhrəmtəpə (26 km)–Qarasaqqal–Cəyli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6 milyon manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Avtomobil yolu dörd min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirir.
Vəsait Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ayrılacaq.
Müvafiq sərəncam bu gün dövlət başçısının saytında dərc olunub.*
E.Şəfiyev