Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, rusiyalı həmkarı Vladimir Putinlə Azərbaycanla bağlı prosesləri müzakirə edib. Bu barədə “Sabah” qəzeti məlumat verib.
Ərdoğan, həmçinin Zəngəzur dəhlizinin yaradılması layihəsinin Cənubi Qafqaz regionu üçün əhəmiyyətinə də toxunub.
“Zəngəzur dəhlizi bütün region üçün vacib bir imkan olacaq. Orada çəkiləcək avtomobil və dəmir yolu xətləri bütün bölgə ölkələri üçün iqtisadi-ticari imkanlar açacaq”, - deyə o bildirib.
Ərdoğan qeyd edib ki, artıq Azərbaycanda Zəngəzur dəhlizinin yaradılması istiqamətində böyük işlər görülür.
“Təbii ki, Ermənistan tərəfi də üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir (10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat çərçivəsində - İF)”, - deyə Türkiyə lideri vurğulayıb.*
N.Abbasova