2021-ci ilin yanvar-avqust aylarında 20 iri dövlət və özəl şirkət tərəfindən Azərbaycandan qeyri-neft məhsullarının ümumi ixrac həcmi $998,082 milyon təşkil edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Yanvar-avqust aylarının yekunları üzrə dövlət şirkətləri arasında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ($219,7 milyon), özəl şirkətlər arasında isə “MKT İstehsalat Kommersiya” MMC ($81 milyon) qeyri-neft məhsullarının ən iri ixracatçısı olub.
Dövlət şirkətləri arasında qeyri-neft məhsullarının ən iri ixracatçıları sırasına “SOCAR Polymer” ($142,7 milyon), “AzerGold” QSC ($87,1 milyon), “Azəralüminum” MMC ($73,4 milyon), “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC ($62,3 milyon), “Azərenerji” ASC ($34,5 milyon), “Azərbaycan Hava Yolları” QSC ($6 milyon), “Azəripək” MMC ($2,3 milyon), “Azərbaycan Dəmir Yolları” QSC ($1,2 milyon) və Naxçıvan Dövlət Energetika Xidməti ($0,882 milyon) daxildir.
Qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısına isə “Azerbaijan International Mining Company” ($69,2 milyon), “Local garden” MMC ($54,3 milyon), “Baku Steel Company” MMC ($35,6 milyon), “P-Aqro” MMC ($28,5 milyon), “Sun Food” MMC ($25,3 milyon), “Azərşəkər İstehsalat Birliyi” MMC ($25 milyon), “RAM Beynəlxalq Nəqliyyat və Ticarət Ltd” MMC ($18,7 milyon), “Fruitland” MMC ($15,6 milyon) və İlqar Cəfərov ($14,8 milyon) daxildir.
Azərbaycan yanvar-avqust aylarında $1,6 milyard məbləğində qeyri-neft məhsulları ixrac edib.*
N.Abbasova