İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Türkiyənin “Tekfen Inshaat ve Tesisat Anonim Shirketi” ilə 17 milyon 822,112 min manat dəyərində müqavilə imzalayıb.
“İnterfaks-Azərbaycan” agentliyinin www.tender.gov.az saytına istinadən verdiyi məlumata görə, müqavilə “Tekfen” şirkəti tərəfindən bir sıra tikinti-quraşdırma işlərinin başa çatdırılmasını və lazımi avadanlıq və materialların alınmasını nəzərdə tutur.
2016-cı ilin iyul ayında Vergilər Nazirliyi və “Tekfen” şirkəti arasında nazirliyin yeni inzibati binasının tikintisi haqqında müqavilə bağlanıb.
Prezident İlham Əliyevin 2019-cu ilin oktyabr ayında imzaladığı sərəncamla Vergilər Nazirliyi İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib. İqtisadiyyat Nazirliyinin strukturunda Dövlət Vergi Xidməti yaradılıb.
İqtisadiyyat Nazirliyinin yeni binasının açılış mərasimi 2021-ci ilin may ayında keçirilib.*
B.Rüstəmbəyov