Azərbaycan və Pakistan yüngül sənaye və əczaçılıq sahələrində birgə müəssisələrin yaradılması istiqamətində işlərə başlayıb. Bunu Azərbaycan-Pakistan İqtisadi Əməkdaşlıq Palatasının prezidenti Xürrəm Bhatti bu gün Bakıda Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevlə görüşdə bildirib.
X.Bhatti Azərbaycanın yerləşdiyi coğrafi mövqe və iqtisadi potensiala uyğun olaraq, Pakistanın qonşu ölkələrə çıxışı üçün regional mərkəz rolunu oynaya biləcəyini qeyd edib.
Görüşdə 2021-ci ilin sonuna qədər Azərbaycandan Pakistana bir, Pakistandan Azərbaycana isə iki biznes heyətinin səfərinin təşkil ilə bağlı razılıq əldə edilib.*
B.Rüstəmbəyov