Azərbaycanda 2020-ci ilin oktyabr ayından 2021-ci ilin sentyabr ayınadək korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 115 cinayət işi başlanmışdır. Bu barədə Baş prokuror Kamram Əliyev bəyan edib.
“Bu müddət ərzində baş idarənin əməliyyat qurumları tərəfindən həyata keçirilən 34 əməliyyat tədbiri nəticəsində 71 şəxs cinayət başında yaxalanmış, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 115 cinayət işi başlanmışdır”, - Əliyev rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edib.
O vurğulayıb ki, bu dövrdə baş idarə tərəfindən 404 şəxs barəsində 221 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib.
Əliyev əlavə edib ki, məhkəmələrə göndərilmiş işlər üzrə vurulmuş maddi ziyan 153 milyon 887 min manat təşkil etməklə ibtidai istintaq dövründə 11 milyon 301 min manatın ödənilməsi, həmçinin 77 milyon 715 min manat məbləğində əmlak üzərinə həbs qoyulmaqla ümumilikdə 89 milyon 16 min manat (57,8%) məbləğində ziyanın bərpası təmin olunub.
O qeyde edib ki, icraatına xitam verilmiş işlər üzrə 4587 milyon manat məbləğində maddi ziyan ödənilməklə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 1,062 milyon manat məbləğində pul vəsaiti ödənilib. **
X.Nəsirzadə