2021-ci il sentyabr ayının 30-na Azərbaycanda pul bazasının həcmi 14 milyard 498,7 milyon manat təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
30 dekabr 2020-ci il tarixinə pul bazasının həcmi 13 milyard 564,2 milyon manat təşkil edib. Beləliklə, 2021-ci ilin yanvar-sentyabr aylarında pul bazası 6,9% artıb.
Cari ilin sentyabr ayında pul bazası 285,3 milyon manat və ya 2% artıb.
2020-ci ildə Azərbaycanda pul bazası 11,6% artıb.**
X.Nəsirzadə