Bakı Dövlət Layihə İnstitutu (Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin strukturu) Şuşada 960 şagirdlik 1 saylı orta tam orta məktəbin layihə-smeta sənədlərini hazırlayacaq.
“İnteraks-Azərbaycan” agentliyi www.tender.gov.az saytına istinadən məlumat verir ki, Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bu məqsədlə Layihə İnstitutu ilə müqavilə imzalayıb.
Müqavilənin dəyəri 200,13 min manatdır.
Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev 2021-ci il 8 may tarixli sərəncamı ilə Şuşa şəhərində yeni ümumtəhsil məktəbinin tikintisi məqsədilə Təhsil Nazirliyinə 3 milyon manat vəsait ayrılıb. Şuşada inşa ediləcək 1 saylı orta tam orta məktəbdə 960 şagird təhsil alacaq. **
E.Şəfiyev