İqtisadiyyat Naziri Mikayıl Cabbarov cümə günü BMT-nin rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə görüşüb.
"BMT və Azərbaycan Hökuməti arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin (2021-2025-ci illər) icrasını, Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) maliyyələşməsi, korporativ davamlılığın və özəl sektorun DİM-lərə töhfələrinin təşviqi məsələlərini müzakirə etdik,"- Cabbarov Facebook səhifəsində yazıb. **
E.Şəfiyev