Azərbaycanda koronavirus infeksiyasına 689 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 484,591 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 774 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər (ötən gün 12 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 6 min 543 nəfərə çatıb.
Virusa yoluxmuş 460,7382 min nəfər (sutka ərzində +1 min 816) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 17 min 310 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 558 (ötən gün 9 min 484 test), hazırkı dövrədək isə ümumilikdə 4 milyon 868,573 min test aparılıb.**
B.Rüstəmbəyov