Dövlət Gömrük Komitəsi 2021-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə daxilolmalar üzrə proqnozu 112,39% yerinə yetirib. Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev məlumat verib.
“İlkin məlumata görə, DGK 2021-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə köçürmələr üzrə proqnozu112,39 %icra edib. Nəzərdə tutulan proqnozdan əlavə351,99milyonmanat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub”, - Mehdiyev özünün Twitter hesabında yazıb.
2021-ci il üçün DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 3,9 milyard manat təşkil edir.**
B.Rüstəmbəyov