Fransanın ən populyar müsəlman saytı -www.musulmansenfrance.fr-VMedia Youtube kanalının “Ermənistanın FACİƏYƏ yolu” videomaterialını fransız dilində yerləşdirib.
Öncə “İnterfaks-Azərbaycan” agentliyi Youtube kanalında bu marterialın rus dilində yerləşdirilməsi barədə məlumat verib.
Fransa saytı videoçarx barədə qısa məlumatda qeyd edir ki, Ermənistanın növbəti hərbi təxribatı ilə üzləşərək Azərbaycan 2020-ci il 27 sentyabr tarixində əkshücuma keçir, bununla da uzun illər ərzində davam edən danışıqlardan sonra təxminən 30 il ərzində erməni işğalı altında olan Qarabağı qaytarmağı qərara alır.
Nəşr qeyd edir ki, Ermənistanda 44 günlük müharibədə məğlubiyyəti faciə kimi dəyərləndiriblər, lakin günahkar bu ölkənin siyasi rəhbərliyidir.
“Qarabağı azad edən azərbaycanlılar ermənilər tərəfindən dağıdılmış evləri, abidələri, həmçinin talan edilmiş qəbiristanlıqlarıgördülər”, - nəşrdə vurğulanır. **
İnformasiya şöbəsi