Son zamanlar Ermənistandan sərhədlərin delimitasiyası prosesi ilə bağlı müsbət siqnalların verilməsi prosesin konstruktiv istiqamətdə inkişafına ümid yaradır. Bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
“Məlumdur ki, tərəfimizdən, o cümlədən Ermənistan ilə münasibətləri elə bu fundamental beynəlxalq hüquq prinsipi əsasında normallaşdırmağa və sərhədlərin delimitasiyası üzrə danışıqlara başlamağa hazır olduğumuzu bəyan etmişik. Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası prosesi ikitərəfli məsələdir və son zamanlar qarşı tərəfdən bu xüsusda müsbət siqnalların verilməsi prosesin konstruktiv istiqamətdə inkişafına ümid yaradır”, - deyə o bildirib.*
A.Əzizov