Yaponiya şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında və inkişafında maraqlıdır. Bunu “TET International Development” şirkətinin prezidenti Taro Savada deyib.
“Hazırda biz Qarabağın bərpası və inkişafına, xüsusilə kənd təsərrüfatı sektoruna investisiya qoyuluşu üzərində düşünürük. Biz bunda çox maraqlıyıq. Ümid edirəm ki, hər şey alınacaq”, - T.Savada bu gün jurnalistlərə bildirib.
O, həmçinin qeyd edib ki, bu günədək şirkət tərəfindən Azərbaycanda həyata keçirilən layihələrə $12 milyona yaxın sərmayə qoyulub.
Savada vurğulayıb ki, şirkətin investisiya proqramına əsasən, 2024-cü ilə kimi sərmayələrin ümumi həcmi təxminən $40 milyon təşkil edəcək. “Hazırda biz əsasən kənd təsərrüfatı layihələrinə hədəflənmişik. 2024-cü ildən sonra investisiyaları davam etdirəcəyik”, - deyə şirkətin prezidenti əlavə edib.*
X.Nəsirzadə