Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il oktyabrın 4-də erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda səfərdədir.
Dövlət başçısının rəsmi saytında dərc olunmuş məlumata görə, İ.Əliyev Cəbrayılda “KAMaz” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlini qoyub.
Həmçinin Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlləri qoyulub.
Bundan başqa, İ.Əliyev 110/35/10 kV-luq “Cəbrayıl” yarımstansiyasının və Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında iştirak edib.*
A.Əzizov