Prezident İlham Əliyev Cəbrayıl rayonunda bir sıra sosial və iqtisadi obyektlərin layihələndirilməsi və tikintisinə 1,5 milyon manat məbləğində vəsaitin ayrılması haqqında 3 sərəncam imzalayıb. Sərəncamların mətnləri dövlət başçısının saytında dərc olunub.
Cəbrayıl şəhər 150 çarpayı yerlik mərkəzi xəstəxanasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Səhiyyə Nazirliyinə ilkin olaraq 500 min manat ayrılır.
Cəbrayıl şəhərində 960 şagird yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Təhsil Nazirliyinə ilkin olaraq 500 min manat ayrılır.
Cəbrayıl rayonu ərazisində (Soltanlı kəndi yaxınlığında) “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulmuş vəsaitdən İqtisadiyyat Nazirliyinə ilkin olaraq 500 min manat ayrılır. Sənaye Parkının sahəsi 200 hektar təşkil edəcək.*
E.Şəfiyev