2020-ci il noyabrın 10-dan Qarabağda və Şərqi Zəngəzurda 5,5 min hektardan artıq ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
“2020-ci il noyabrın 10-dan bu il oktyabrın 2-dək ümumilikdə 5 min 537 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Bu dövr ərzində 9835 ədəd piyada əleyhinə, 4175 ədəd tank əleyhinə mina və 11062 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib”, - deyə məlumatda bildirilir.*
X.Nəsirzadə