Oktyabr ayının 11-12-də Belqradda Qoşulmama Hərəkatının (QH) 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Yubiley Tədbiri keçiriləcək. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
“2021-ci ilin oktyabr ayının 11-12-də Belqradda Hərəkatın 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Yubiley Tədbiri keçiriləcək. QH təsisçi üzv dövlətlərinin liderləri, o cümlədən bütün QH üzv dövlətlərinin xarici işlər nazirləri tədbirə dəvət olunub”, - deyə nazir bu gün Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təsis iclasının açılış sessiyasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, tədbirin təşkilatçıları Azərbaycan və Serbiyadır.
Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu ilin oktyabr ayında Serbiyaya səfər edəcək. Qoşulmama Hərəkatının fəaliyyətdə olan sədri kimi Azərbaycan tərəfi Serbiyanın oktyabrın 11-12-də Belqradda Hərəkatın birinci konfransının 60 illiyinin birgə qeyd olunması təşəbbüsünü dəstəkləyib.*
X.Nəsirzadə