Ermənistan ordusu yoxdur, Azərbaycan hərbçiləri onu dibdən-kökdən məhv edib. Bunu Prezident İlham Əliyev deyib.
“Biz hərbçilərimizlə haqlı olaraq fəxr edirik və fəxr edəcəyik. Onlar əsl qəhrəmandırlar. Biz bütün xalqımızla fəxr edirik. Çünki bu 44 gün ərzində göstərilən həmrəylik, göstərilən birlik bütün dünyaya Azərbaycan xalqını çox ləyaqətli və böyük xalq kimi təqdim etdi. Bizim Qələbəmizin rəmzi olan yumruq təkcə güc rəmzi deyil, bu, birlik rəmzidir”, - deyə dövlət başçısı Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
O vurğulayıb ki, Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi.
“Baxın, görün, Ermənistan indi hansı bəyanatlar verir? Otuz il ərzində uydurulan mifologiyadan əsər-əlamət yoxdur. Bəs, haradadır bunların müzəffər ordusu? Haradadır yenilməz erməni əsgəri? Bizə qarşı otuz il ərzində çirkin təbliğat aparan, Azərbaycan xalqının ləyaqətini alçaltmağa çalışan artıq öz payını aldı, öz dərsini aldı”, - deyə İ.Əliyev qeyd edib.*
E.Şəfiyev