Prezident İlham Əliyev Cənubi Qafqazda sabitliyin bərqərar olmasında Türkiyə və Rusiyanın böyük rolunu qeyd edir, Türkiyə-Rusiya-Azərbaycan-Ermənistan formatını regionda yeni müharibə riskinin aradan qaldırılması üçün kifayət hesab edir.
“Hazırda regionda real praktik əməkdaşlıq çərçivələri müəyyən olunur. Türkiyə-Rusiya əməkdaşlığı regionumuzun sabitliyinin təminatçısıdır. Bu yaxınlarda Türkiyə və Rusiya prezidentlərinin görüşü zamanı Ermənistan-Azərbaycan münasibətləri müzakirə olundu və həm Türkiyə, həm Rusiya ilə biz daim təmasdayıq. Mən Prezident olaraq daim təmasdayam”, - deyə dövlət başçısı bu fikirləri oktyabrın 4-də Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.
İ.Əliyev qeyd edib ki, bu, müharibənin hər hansı bir riskini aradan götürmək üçün lazımdır. “Yəni, bizim üçün bu format kifayətdir: Türkiyə-Rusiya-Azərbaycan-Ermənistan. Kim istəyir qoşulsun, kim istəmir özü bilər. Hər halda bu gün Azərbaycanın razılığı olmadan bu bölgədə hər hansı bir təşəbbüs gerçəkləşə bilməz. Bunu hər kəs bilməlidir”, - deyə prezident əlavə edib.*
E.Şəfiyev