Yaroslavl vilayəti İxrac Mərkəzi 25-28 oktyabr tarixlərində keçiriləcək Azərbaycana biznes missiyanın hazırlığına başlayıb.
Tədbir “Beynəlxalq kooperasiya və ixrac” milli layihəyə əssaən regionun müəssisələrinin xarici ticari fəaliyyətinin inkişafına yönəlib.
“Yaroslavl şirkətləri Azərbaycanla əməkdaşlığın inkişafı üçün geniş spektr imkanlara malikdirlər. Bu, çoxillik konstruktiv əlaqələrimizin qurulduğu hədəf xarici ticari tərəfdaşlarımızdan biridir”, - Yaroslavl vilayətinin hökumət sədrinin müavini Maksim Avdeyev bildirib. Bu barədə Rusiya mətbuatı məlumat verir.
Hazırda Yaroslavl vilayəti İxrac Mərkəzi Regional inkişaf və xarici iqtisadi faliyyət Departamentinin dəstəyi ilə keçiriləcək biznes missiyanın proqramını tərtib edir. Biz sıra Azərbaycan şirkətləri artıq Yaroslavl istehsalçıları ilə işgüzar əlaqələrə hazırlıqlarını ifadə ediblər.
“Vilayət maşınqayırma, enerji, beynəlxalq kooperasiya, logistik habların yaradılması, turizm sektoru və ərzaq sahəsində əməkdaşlıqda maraqlıdır”, - Regional inkişaf və xarici iqtisadi faliyyət Departamentinin direktoru Qalina Penyaqina bildirib. **
R.Əhmədov