Prezident İlham Əliyev Cəbrayılda akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməlini qoyub
Azərbaycan prezidenti İlham Əliyev Cəbrayıl şəhərinə səfər çərçivəsində akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməlini qoyub.
Bundan başqa, Cəbrayıl şəhərində daha 3 məktəbin tikilməsi də nəzərdə tutulur. Bu barədə Azərbaycan prezidentinin saytında məlumat verilir.
Xəbər verildiyi kimi, dünən prezident Əliyev Cəbrayıl şəhərində 960 şagird yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Təhsil Nazirliyinə ilkin olaraq 500 min manatın ayrılması haqqında sərəncam imzalayıb. **
E.Şəfiyev