Çərşənbə axşamı Azərbaycan prezidenti İlham Əliyev Tacikistan prezidenti Emoməli Rəhmona telefonla zəng edərək həmkarını ad günü münasibətilə təbrik edib.
“Dövlət başçıları Azərbaycanla Tacikistan arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə edib, əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildirib, əlaqələrimizin perspektivləri barədə fikir mübadiləsi aparıblar”, - Azərbaycan prezidentinin Mətbuat Xidməti məlumat verir. **
E.Şəfiyev