Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri cənab Hulusi Akar arasında danışıqlar baş tutub, danışıqlarda hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.
Danışıqlar Tbilisidə keçirilib, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verir.
“Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib, keçirilən birgə təlimlərdə hərbçilərimizin qazandığı təcrübənin əhəmiyyəti qeyd olunub”, - nazirlikdən vurğulanır.
Həsənov qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da müvəffəqiyyətlə inkişaf etdiriləcəyinə və möhkəmlənəcəyinə əminliyini vurğulayıb.
Gürcüstanda Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək. **
E.Şəfiyev