“Henley & Partners” şirkətinin 2021-ci ilin dördüncü rübü ərzində yenilənmiş “Visa Restrictions Index” reytinqində Azərbaycan 80-ci yerini saxlayıb. Bu barədə şirkətin məlumatında bildirilir.
“Henley & Partners” şirkətinin viza məhdudiyyətləri üzrə indeksi (Visa Restrictions Index) dünyanın 200-dən çox ölkəsinin və ərazilərin viza tələblərini analiz edir.
“Azərbaycanın mövqeyi dəyişməyib (80-ci yer) və hesabat dövründə vizasız səfərlər haqqında sazişlər imzalamayıb. Azərbaycan vətəndaşları dünyanın 68 ölkəsinə vizasız səfərlər edə bilərlər”, - “İnterfaks-Azərbaycan” İndeksin reytinqinə istinadən məlumat verir.
Məlumata əsasən, son 18 ay ərzində bağlı sərhədlər reytinqin 16 illik tarixində səyahət etmək imkanlarının böyük boşluğuna gətirib.
“Qlobal Şimal” ölkələri giriş üçün COVİD-19 ilə bağlı ən ciddi məhdudiyyətıər tətbiq ediblər. Eyni zamanda, göstəriciləri aşağı olan bir çox ölkələr əksinə olaraq daha güclü pasportlar tərəfindən qarşılıqlsız öz sərhədlərini açıblar.
“Bu, hətta İndeksin aşağı pillələrində olan ölkələrdən tam vaksinasiya olunmuş səyahətçilər üçün səyahət imkanlarında boşluq yaradıb. Sinqapur ilə birinci pilləni bölüşən Yaponiya (192 vizasız istiqamət) indiyədək demək olar ki, bütün əcnəbi vətəndaşlar üçün giriş üçün qadağanı qoruyur”, - məlumada qeyd olunur.
Cənubi Koreya ilə ikinci yeri bölüşən Almaniya (190 vizasız istiqamət) təxminən 100 ölkədən vətəndaşlar üçün girişi məhdudlaşdırır. **
X.Nəsirzadə