2021-ci ilin yanvar-sentyabr aylarında Hesablama Palatasının saxlanması xərcləri 5 milyon 173,639 min manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Palatadan məlumat verilib.
2021-ci il üçün Hesablama Palatasının saxlanması məqsədilə xərclər smetası 9 milyon 151,969 min manat səviyyəsində təsdiqlənib. Beləliklə, hesabat dövründə vəsaitlərin 56,6%-i istifadə olunub.
Vəsaitlərin əsas həcmi Hesablama Palatasının ştatda olan işçilərinin əmək haqlarının ödənilməsinə yönəldilib. Bu məbləğ 3 milyon 338,688 manat və ya üç rüb ərzində Palatanın bütün xərclərinin 53%-ni təşkil edib.
Bundan başqa, hesabat dövründə Dövlət Sosial Müdafiə Fonduna ayırmalar 848,19 min manat, əmək haqqının ödənilməsi ilə bağlı xərclər 475,98 min manat, ölkədaxili ezamiyyə xərcləri 6,608 min manat, Palatanın binasının mühafizəsinin təminatı xərcləri – 62,443 min manat təşkil edib.
Qalan xərclər digər məqsədlərə yönəldilib.**
X.Nəsirzadə