Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin yaradılması haqqında” fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmana əsasən, Mərkəzin Müşahidə Şurasının üzvlərinin sayı 3-dən 5-dək artır.
Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev 2021-ci il yanvarın 6-da İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi Azərbaycan Respublikası ilə Dördüncü Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı və bu sahədə əlaqələndirməni, habelə rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirən publik hüquqi şəxsdir.
Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək məqsədilə üç üzvdən ibarət Müşahidə Şurası yaradılıb. Mərkəzin fəaliyyətinə cari rəhbərliyi İcraçı direktor həyata keçirir. **
X.Nəsirzadə