Azərbaycanda koronavirus infeksiyasına 826 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 487,204 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 391 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər (ötən gün 11 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 6 min 599 nəfərə çatıb.
Virusa yoluxmuş 462,798 min nəfər (sutka ərzində +2 min 648) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 13 min 562 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 201 (ötən gün 4 min 962 test), hazırkı dövrədək isə ümumilikdə 4 milyon 902,328 min test aparılıb.**
X.Nəsirzadə