Dünya Bankında (DB) hesab edirlər ki, Azərbaycan iqtisadiyyatı 2021-ci ilin sonuna qədər pandemiyadan əvvəlki səviyyədə bərpa olunacaq.
“Hesab edirik ki, Azərbaycan iqtisadiyyatı COVID-19-un mənfi təsirlərindən nəzərdə tutulduğundan daha sürətlə bərpa olunur. Buna görə də ölkə iqtisadiyyatı 2021-ci ilin sonuna kimi pandemiyadan əvvəlki səviyyəyə qayıdacaq”, - deyə DB-nin Bakı nümayəndəliyindən “İnterfaks-Azərbaycan” agentliyinə bildiriblər.
Daha əvvəl DB-də hesab edirdilər ki, Azərbaycan iqtisadiyyatı 2022-ci ilin birinci yarısında pandemiyadan əvvəlki səviyyədə bərpa olunacaq.
DB-nin sonuncu qiymətləndirmələrinə görə, 2021-ci ildə Azərbaycanda ÜDM 5% artacaq.
Azərbaycan hökuməti 2021-ci ildə ÜDM-in artımını 4,6% səviyyəsində proqnozlaşdırır.
2020-ci ildə Azərbaycanda ÜDM COVID-19 səbəbindən tətbiq edilən məhdudiyyətlər və OPEC+ razılaşması çərçivəsində neft hasilatının azaldılması ilə əlaqədar 4,3% azalıb.*
A.Əzizov