BMT və Azərbaycan hökuməti arasında imzalanan 2021-2025-ci illər üçün Dayanıqlı inkişaf üzrə əməkdaşlığa dair çərçivə sənədinin büdcəsi $192 milyon təşkil edir. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Layihələr üzrə büdcə $192 milyon təşkil edir, bu məbləğdən $109 milyonu BMT-nin ixtisaslaşmış və donor təşkilatları vasitəsilə cəlb ediləcək. Qalan vəsaitin isə hökumət və BMT-nin birgə fəaliyyəti nəticəsində təmin edilməsi planlaşdırılır”, - deyə nazir bu gün “Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa” mövzusunda təşkil olunan tədbirdə çıxış edərkən bildirib.
Onun sözlərinə görə, çərçivə sənədi 4 prioritet istiqaməti əhatə edir ki, onlardan biri də ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizəni nəzərdə tutur.*
X.Nəsirzadə