İrəvanda ümid edirlər ki, Rusiya sülhməramlılarının Qarabağda olması Ermənistan, Azərbaycan və Rusiya liderlərinin üçtərəfli bəyanatında müəyyən edilmiş müddətlə məhdudlaşmayacaq. Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
“Azərbaycanın Rusiya sülhməramlılarının mövcudluğundan imtina etməsi mümkünlüyü ilə bağlı mövzu gündəliyimizdədir. Bu mövzunu rusiyalı tərəfdaşlarımızla müzakirə edirik. Biz Rusiyanın 9 noyabr tarixli bəyanatda nəzərdə tutulduğundan daha uzun müddətə qalması üçün əlimizdən gələni edəcəyik”, - deyə Qriqoryan bu gün bildirib.
“Əgər Azərbaycan müddəti uzatmağa razılaşmasa, biz gücümüzü birləşdirməyə və problemin həllini tapmağa çalışacağıq. Lakin baş verənlər (Qarabağda - İF) göstərir ki, Rusiyanın orada daha uzun müddət qalmaq planları var”, - deyə o qeyd edib.*