Prezident İlham Əliyev Hidayət Orucovun Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
Sərəncamın mətni bu gün dövlət başçısının saytında dərc olunub.
Prezidentin digər sərəncamı ilə Lətif Qəndilov Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
L.Qəndilov 2016-2021-ci illərdə Azərbaycanın Belarusdakı səfiri vəzifəsində çalışıb.*
E.Şəfiyev