Azərbaycanda koronavirus infeksiyasına 1 min 009 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 488,213 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 826 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər (ötən gün 15 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 6 min 611 nəfərə çatıb.
Virusa yoluxmuş 468,421 min nəfər (sutka ərzində +1 min 378) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 13 min 181 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 828 (ötən gün 10 min 201 test), hazırkı dövrədək isə ümumilikdə 4 milyon 912,156 min test aparılıb.*
A.Salayeva