Azərbaycan və RF prezidentləri İlham Əliyev və Vladimir Putin baş tutmuş telefon danışığı zamanı ikitərəfli əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
“Azərbaycan prezidenti İlham Əliyev bu gün Rusiya Federasiyasının prezidenti Vladimir Putinə telefonla zəng edib. Dövlət başçıları Azərbaycan-Rusiya ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildirib, əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Telefon söhbəti zamanı bölgədəki vəziyyət müzakirə edilib”, - Azərbaycan prezidentinin Mətbuat Xidməti məlumat verir.
Prezident İlham Əliyev Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona ölkənin inkişafı və firavanlığı naminə dövlətçilik fəaliyyətində yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.
Öz növbəsində, Putin göstərilən diqqətə və təbrikə görə Əliyevə minnətdarlığını bildirib. **
E.Şəfiyev