“NEQSOL Holding” Beynəlxalq qrup Ukraynada tikinti materialları və sement sahəsinə sərmayə yatırmaq imkanını öyrənir. Bu barədə "NEQSOL Ukrayna"nın direktoru Vladimir Lavrençuk məlumat verib.
“NEQSOL Holding” Ukraynada iri layihələrə artıq sərmayə yatırıb, hazırda tikinti materialları və sement sahəsinə sərmayə yatırmaq imkanı nəzərdən keçirilir”, - Lavrençuk cümə axşamı Kiyev Beynəlaxlq İqtisadi Forumunda bildirib.
“NEQSOL Holding” müxəlif ölkələrdə ayrı-ayrı sahələrdə 25 ildın artıq fəaliyyət təcrübəsinə malikdir. Qrupun fəaliyyəti neft-qaz, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrini əhatə edir. **
İnformasiya şöbəsi