Rusiyanın “Red Wings” aviaşirkəti 2022-ci ildə Yekaternburqdan Bakıya uçuşlara başlamağı planlaşdırır. Bu barədə aviaşirkətin baş direktoru Yevgeni Klyuçarev
“2022-ci ildə “Red Wings” Yekaternburqdan bır sıra xarici şəhərləri, o cümlədən, Bakıya uçuşlara başlamağı planlaşdırır. Ümumilikdə, daşıyıcı gələn il 30 beynəlxalq və regional istiqamət üzrə uçuşlar planlaşdırır”, - Klyuçarev cümə axşamı mətbuta konfransında bildirib.
Həmçinin, o qeyd edib ki, reyslərin açılması ilə bağlı son qərar epidemioloji vəziyyətdən asılı olacaq.
“Red Wings” aviaşirkəti 1999-cu ildə yaradılıb və ilkin olaraq “Avialinii 400” adlanırdı. 2007-ci ilə hazırki adı alıb. Bu gün “Red Wings” Rsiyanın ən iri aviaşirkətlərinin onluğuna daxildir. **