Azərbaycanda koronavirus infeksiyasına 1 min 013 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 489,226 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1009 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər (ötən gün 12 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 6 min 625 nəfərə çatıb.
Virusa yoluxmuş 468,421 min nəfər (sutka ərzində +1 min 244) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 12 min 936 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 853 (ötən gün 9 min 828 test), hazırkı dövrədək isə ümumilikdə 4 milyon 923,009 min test aparılıb.**