Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 8-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Oktyabrın 8-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1,964 manat/1EUR səviyyəsində (oktyabrın 7-nə 1,9646 manat/1EUR) müəyyən edilib.
AMB oktyabrın 8-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0237 manat/1RUB səviyyəsində (oktyabrın 7-nə 0,0235 manat/1RUB) müəyyən edib.*
X.Nəsirzadə