Oktyabrın 7-də xarici işlər naziri Ceyhun Bayramov Rumıniyanın ölkəmizə yeni təyin olunmuş səfiri Vasile Soareni qəbul edib.
“Azərbaycan və Rumıniya arasında mövcud olan sıx əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətlərini qeyd edən nazir, ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi potensialını vurğulayıb və bu xüsusda birgə səylərə ehtiyac duyulduğunu qeyd edib”, - deyə Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.
Səfir Vasile Soare iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinə istinad edərək, bu münasibətləri həqiqi tərəfdaşlıq kimi dəyərləndirib.
O, ikitərəfli münasibətlərin əsasında beynəlxalq hüququn ərazi bütövlüyünə hörmət prinsipinin dayandığını və bunun Rumıniyanın prinsipial mövqeyi olduğunu bildirib.
“Səfir iki ölkə arasında mövcud olan tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi, o cümlədən siyasi dialoqun davam etdirilməsi, iqtisadi, energetika, eləcə də mədəniyyət, təhsil və digər sahələrdə əlaqələrinin inkişaf etdirilməsi perspektivlərindən bəhs edib”, - deyə məlumatda qeyd olunur.*
E.Şəfiyev