Oktyabrın 7-də baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən İqtisadi Şuranın iclasında “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın ilkin layihəsi müzakirə olunub.
“İclasda 5 Milli Prioritet istiqamətində Strategiyanın hazırlanması məqsədilə yaradılmış Komissiyanın 10 alt işçi qrupunun rəhbərlərinin görülən işlər, strateji məqsədlər, fəaliyyət istiqamətləri və qarşıda duran hədəflər barədə məruzələri dinlənilib”, - deyə Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər.
İqtisadi Şuranın iclasının 8 oktyabr tarixində davam etdirilməsi planlaşdırılıb.
Daha əvvəl iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirmişdi ki, 2021-2025-ci illərdə Azərbaycanda orta illik iqtisadi artım 4,2% səviyyəsində proqnozlaşdırılır.
Qeyri-neft sektorunda orta illik artım 5,2% təşkil edəcək.
İqtisadiyyat Nazirliyi 2021-ci ildə ÜDM-in 5%-ə qədər artacağını proqnozlaşdırır.
2020-ci ildə Azərbaycanda ÜDM COVID-19 səbəbindən tətbiq edilən məhdudiyyətlər və OPEC+ razılaşması çərçivəsində neft hasilatının azaldılması ilə əlaqədar 4,3% azalıb.*