Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin verilmə müddəti noyabrın 1-dək uzadılıb.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Əvvəl bu müddət sentyabrın 1-dək nəzərdə tutulmuşdu.
Baş nazirin imzaladığı digər qərarla Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmışxüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus infeksiyasına yoluxmuş xəstələrə ambulatorpoliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin verilmə müddəti noyabrın 1-dək uzadılıb.*