“Fitch Solutions” şirkəti (“Fitch Group”a daxildir) 2021-ci ildə Azərbaycanda ÜDM-in artımını 2,5% səviyyəsində proqnozlaşdırır.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi məlumata görə, bu qiymətləndirmə şirkətin saytında dərc olunmuş hesabatda əks olunub.
“Fitch Solutions”ın qiymətləndirmələrinə görə, 2022-ci ildə Azərbaycanda ÜDM-in artım tempi 3,3%-dək sürətlənəcək.
“Yüksək xarici tələbat, o cümlədən neft və qaza davamlı tələbat 2021-2022-ci illərdə Azərbaycanda ÜDM-in artımını stimullaşdıracaq. Daxili tələbat isə COVID-19-un mənfi təsirləri səbəbindən daha yavaş templərlə bərpa olunur”, - deyə “Fitch Solutions”ın analitikləri hesab edirlər.
İqtisadiyyat Nazirliyi 2021-ci ildə ÜDM-in 5%-ə qədər artacağını proqnozlaşdırır.
2020-ci ildə Azərbaycanda ÜDM COVID-19 səbəbindən tətbiq edilən məhdudiyyətlər və OPEC+ razılaşması çərçivəsində neft hasilatının azaldılması ilə əlaqədar 4,3% azalıb.*
A.Əzizov