Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 8-də Türkiyə Respublikasının Azərbaycan Respublikasına yeni təyin edilən hərbi attaşesi general-mayor Zekeriya Yalçını qəbul edib.
“Tərəflər regiondakı hərbi-siyasi vəziyyəti, hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.*
E.Şəfiyev