Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) “Sun Cars” MMC ilə 10 ədəd UAZ markalı təcili tibbi yardım maşınının alınması haqqında müqavilə bağlayıb.
“Təcili tibbi yardım maşınları Qarabağda icra edilən minatəmizləmə əməliyyatlarına cəlb olunan ANAMA əməkdaşlarına xidmət edəcək”, - deyə ANAMA-nın mətbuat xidmətindən bildiriblər.
8 ədəd ambulans hazırda Agentliyə təhvil verilib, növbəti 2 ədəd maşın isə oktyabrın 20-dək işğaldan azad edilmiş ərazilərdə sahə əməliyyatlarında istifadə ediləcək.
“Ambulansların salonlarının təchizat səviyyəsi xəsarət alanlara bütün lazımi ilkin və təcili tibbi yardımın göstərilməsinə imkan verir”, - deyə məlumatda qeyd olunur.*
E.Şəfiyev