“Azərkosmos” ASC Coğrafi İnformasiya Sistemləri Mərkəzinin yaradılması ilə əlaqədar proqram təminatlarının lisenziyalarının satın alınmasına 115 min manata yaxın vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyinin www.etender.gov.az saytında dərc olunmuş məlumata istinadən verdiyi xəbərə görə, “Azərkosmos” “Farah Innovations” MMC ilə 114 min 767,87 manatlıq müqavilə bağlayıb.
“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.*