Zərdab Rayon İcra Hakimiyyəti rayon ərazisində abadlaşdırma işlərinin həyata keçirilməsinə 2 şirkət cəlb edib.
www.etender.gov.az saytında dərc olunmuş məlumata görə, müqavilələrin ümumi dəyəri 1 milyon 122,545 min manatdır.
“Ideal-Inshaat Company” MMC ilə bağlanmış birinci müqavilə abadlaşdırma işlərinin həyata keçirilməsini nəzərdə tutur. Müqavilənin dəyəri 511,693 min manatdır.
“Aran Tikinti-Quraşdırma” MMC ilə bağlanmış ikinci müqavilənin predmeti yolların təmiri ilə bağlıdır. Müqavilənin dəyəri 610,852 min manatdır.*
X.Nəsirzadə